Türkiyənin “Bayraqdar” PUA-sı Suriyanın Hasekə bölgəsi üzərində ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən vurulub.
AzerTimes xəbər verir ki, bu barədə “Əl Mayadin” nəşri mənbələrə istinadla məlumat yayıb.
“Türkiyənin “Bayraqdar” PUA-sı Hasekənin şimal-qərbindəki Tel-Beydar yaşayış məntəqəsində vurulub”, – məlumatda qeyd olunub.
Mənbələrin bildirdiyinə görə, pilotsuz təyyarə koalisiya bazasının hava məkanına daxil olduğu üçün vurulub.