ABŞ “Suriya Demokratik Qüvvələri” adlandırdığı PYD və YPG kürd terror qruplaşmalarına silah, habelə nəqliyyat vasitələri də daxil olmaqla hərbi texnika tədarük etməyə başlayıb.
ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Edrian Renkayn-Qellouey təsdiqləyib.
Bundan əvvəl rəsmi Vaşinqton Rəqqa şəhərinin azad edilməsi əməliyyatında iştirak edən kürd silahlı dəstələrinə silah tədarük etməyə başlamışdı.
“Mən təsdiqləyə bilərəm ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyanın kürd qüvvələri üçün avadanlıqların tədarükünə başlayıb… İlk olaraq odlu atıcı silahlar və nəqliyyat vasitələri tədarük edilir”, – deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl prezidenti Donald Tramp Suriya kürd qruplaşmalarına minaatanlar və pulemyotlar da daxil olmaqla ağır silahların tədarük edilməsi planlarını imzalamışdı.