Ötən gün ABŞ-ın bölgədə rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada hava məkanını 6 dəfə pozub.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Tərəfləri Barışdırma Mərkəzinin rəhbərinin müavini Vadim Kulit deyib.
“Əl-Tanf bölgəsində iki F-15 qırıcısı, iki “Rafale” qırıcısı və iki A-10 “Thunderbolt” hücum təyyarəsi tərəfindən altı pozuntu qeydə alınıb”, – Kulit brifinqdə bildirib.
O qeyd edib ki, bu cür hərəkətləri ilə koalisiya Suriya hava məkanında vəziyyəti gərginləşdirir.