Xəbər - Orxan Nəbiyev – Trend:
ABŞ strateji neft ehtiyatlarının 50 milyon barelini satışa çıxaracaq.
Trend-in məlumatına görə, bu barədə ölkə prezidenti Co Bayden elan edib.
Qeyd olunur ki, strateji ehtiyatların satılması ABŞ-da yanacaq qiymətlərinin ucuzlaşması və pandemiyadan sonra tələb və təklifin balanslaşdırılması məqsədilə həyata keçiriləcək.
Ağ Evin bəyanatında bildirilir ki, ABŞ analoji addımı bir sıra ölkələrdən, o cümlədən Böyük Britaniya, Hindistan, Cənubi Koreya və Yaponiyadan gözləyir.
Eyni zamanda, Hindistan da strateji neft ehtiyatlarının 5 milyon tonunun satılacağını elan edib.