ABŞ strateji ehtiyatlarından daha 40 milyon barel neft satacaq

ABŞ Energetika Nazirliyi Strateji Neft Ehtiyatından (SPR) daha
40,1 milyon barrelə qədər neft satacaq.

Trend xəbər
verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir.

Energetika Nazirliyi iyunun 21-dən 30-dək 39 milyon barrelə
qədər, iyulun 1-dən avqustun 15-dək isə 1,1 milyon barel yüksək
kükürdlü neft tədarük etmək niyyətindədir. Müraciətlər iyunun 1-dək
qəbul ediləcək. Qurum yanacağın göndəriləcəyi şirkətlərlə
müqavilələri iyunun 10-dan gec olmayaraq bağlayacaq.

Qeyd edək ki, bu həcmlər ABŞ-ın mart ayında elan etdiyi altı ay
ərzində gündə 1 milyon barel neft satmaq planının bir
hissəsidir.

Teqlər: