ABŞ hakimiyyəti strateji ehtiyatından 7 şirkətə toplam 13,4 milyon barel neft verəcək.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin açıqlamasında deyilir.
Məlumata əsasən, neftin verilməsi “şirkətin təcili vəziyyətə görə ölkənin neft ehtiyatından xam nefti qısa müddətə borc götürməsini” nəzərdə tutan mübadilə proseduru çərçivəsində həyata keçirilir. Sonradan şirkət borc götürdüyü xam nefti tam həcmdə və əvvəlcədən razılaşdırılan “neft şəklində əlavə ödəniş” nəzərə alınmaqla qaytarmalıdır.
Bildirilir ki, neft “Shell”, “Trafigura”, “Phillips 66”, “Macquarie”, “Chevron”, “ExxonMobil” və BP şirkətlərinə verilir.