ABŞ son ukraynalıya qədər savaşı davam etdirəcək – Peskov

ABŞ son ukraynalıya qədər savaşı davam etdirəcək – Peskov

ABŞ dövlət katibi Antoni Blinkenin Kiyevə səfəri onu göstərir ki, Vaşinqton son ukraynalıya qədər Kiyevə dəstəyini davam etdirəcək.

AzerTimes xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Peskov deyib.

“Biz dəfələrlə bəyanatlar eşitmişik ki, ABŞ lazım olduğu qədər Kiyevə kömək etmək niyyətindədir. Başqa sözlə, onlar Ukraynanı faktiki vuruşacaq vəziyyətdə saxlamağı və pula xəsislik etmədən sonuncu ukraynalıya qədər müharibəni davam etdirməyi planlaşdırırlar”, – Peskov bildirib.

Teqlər: