ABŞ-ın Afrika Komandanlığı Somali hökumətinin müraciəti ilə ölkənin cənubundakı “Əş-Şabab” terror qruplaşmasının yerləşdiyi ərazilərə hava zərbəsi endirib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Afrika Komandanlığı məlumat yayıb.
Məlumata görə, əməliyyat nəticəsində 13 yaraqlı məhv edilib.
“Zərbə avqustun 26-da Kismayo şəhərindən 45 km şimal-qərbdə, Somali qüvvələrinə dəstək məqsədilə həyata keçirilib”, – deyə bildirilib.