Xəbər - Ləman Zeynalova – Trend:
ABŞ şirkətləri Qarabağda minaların təmizlənməsində iştirak edə
bilər.
Trend-in
məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri
Erl Litsenberger deyib.
“Mən Ağdam və Zəngilanda oldum, problemin miqyasını gördüm. Biz
Azərbaycan Minatəmizləmə Agentliyi ilə sıx əməkdaşlıq edirik. Bu,
böyük layihə olacaq. Mən istərdim ki, ABŞ şirkətləri bu prosesdə
rol oynasın. Fikrimcə, hökumət indi bu məsələni nəzərdən keçirir.
Orada yerli resurslardan istifadəyə üstünlük verilir. Amma ABŞ
şirkətlərinin bəzi texnologiya və üsulları var ki, hökumət üçün
maraq kəsb edə bilər. Bir müddət əvvəl ABŞ hökuməti regionda bu
problemin həlli üçün 500 min dollar vəsaitin ayrılması barədə elan
edib. Bundan başqa, “Marshall Legacy Institute” qeyri-hökumət
təşkilatı hökumətlə və Azərbaycan Minatəmizləmə Agentliyi ilə
işləyir. “Marshall Legacy Institute” minaların tapılması üçün itlər
təqdim edir. Bu il artıq 30-a yaxın it təhvil verilib”, – deyə
səfir bildirib.
(Tərcümə: Orxan Nəbiyev)