Xəbər - Ləman Zeynalova – Trend:
ABŞ-ın “Motorola Solutions” şirkəti TAP-a (Trans-Adriatik boru kəməri) marşrut boyunca səsli rabitənin və məlumat ötürülməsinin qorunması məqsədilə rəqəmsal radioəlaqə üçün həll təqdim edib.
AzerTimes bu barədə şirkətə istinadən məlumat verir.
Qeyd olunur ki, TAP-ın trans-sərhəd işləri üçün inteqrasiya olunmuş kommunikasiya həlləri tələb olunur. Bununla əlaqədar olaraq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçən və İtaliyanın cənub sahilinəsdə uzanan boru kəmərinin bütün marşrutu boyunca “Motorola Solutions MOTOTRBO Capacity Max” radioəlaqə sistemi quraşdırılıb. Bu rabitə sistemi layihənin operatoruna vahid işçi stansiyadan TAP-ın istismar və xidmət üzrə çoxmillətli qruplarnı maneəsiz idarə etməyə imkan verir.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən etibarən Azərbaycan qazının TAP vasitəsilə Avropaya nəqli başlayıb.
(Tərcümə: Orxan Nəbiyev)