ABŞ raket sınaqları fonunda KXDR-ə təzyiqi artıracaq və bu mövzunu BMT Təhlükəsizlik Şurasında qaldırmağa davam edəcək.
Trend xəbər verir ki, bunu The Washington Post qəzetinə müsahibəsində ABŞ-ın BMT TŞ daimi nümayəndəsi Linda-Tomas Qrinfild deyib.
O qeyd edib ki, keçən həftə məsələylə bağlı BMT Təhlükəsizlik Şurasında gərgin müzakirələr keçib: “Yəqin ki, bu həftə ərzində məsələni yenidən müzakirə edəcəyik”, – Qrinfil əlavə edib.
Xatırladaq ki, daha əvvəl Cənubi Koreya Qərargah Rəisləri Komitəsinin verdiyi məlumata görə, KXDR Yapon dənizinə doğru eyni vaxtda iki qısa mənzilli ballistik raket atıb. Bu, ilin əvvəlindən Şimali Koreya tərəfindən həyata keçirilən dördüncü raket buraxılışdır.