ABŞ Şimali Koreyanın yeni raket buraxılışını pisləyib

ABŞ Şimali Koreyanın yeni raket buraxılışını pisləyir və bununla
bağlı müttəfiqləri və tərəfdaşları ilə məsləhətləşmələr aparır.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ
SQ-nin Hind-Sakit Okean Komandanlığının yaydığı açıqlamada
deyilir.

“Birləşmiş Ştatlar bu raket buraxılışını pisləyir və KXDR-i
sabitliyi pozan addımlardan çəkinməyə çağırır”, bəyanatda
deyilir.

Pentaqon ABŞ-ın Koreya Respublikası və Yaponiya, eləcə də digər
regional müttəfiqləri və tərəfdaşları ilə yaxından
məsləhətləşdiyini vurğulayıb.