ABŞ Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə statusunu qəbul etməkdən imtina edir.
AzerTimes-ın məlumatına görə, bunu “ABC” telekanalına müsahibəsi zamanı ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.
E.Blinken bildirib ki, ABŞ-ın əvvəlki prezidentlərinin administrasiyaları bu problemi həll etməyə çalışsalar da, cəhdləri uğursuz olub. Onun sözlərinə görə, nəticədə KXDR-nin nüvə proqramı inkişaf edib və daha təhlükəli hala gəlib.
Dövlət katibi vurğulayıb ki, hazırda ABŞ fəal şəkildə Şimali Koreyanın siyasətini və bu ölkə ilə əlaqələrin əvvəlki administrasiyalar tərəfindən necə qurulduğunu öyrənir. ABŞ KXDR ilə dialoqa hazırdır və Pxenyandan cavab gözləyir.