ABŞ silahlı qüvvələri Əfqanıstandan təxliyə əməliyyatının son mərhələsinə başlayıb

ABŞ silahlı qüvvələri son sutkada Əfqanıstandan təxminən 2 min nəfəri təxliyə edib və əməliyyatının son mərhələsinə başlayıb.

AzerTimes-ın məlumatına görə, hazırda minə yaxın insan amerikan hərbi nəqliyyat təyyarələri ilə Kabul hava limanında təxliyə edilməsini gözləyir.

Xatırladaq ki, Taliban bütün xarici qüvvələrə 31 avqusta qədər Əfqanıstanı tərk etmələri barədə xəbərdarlıq edib, əks halda bu quvvələrin ölkədə mövcudluğu işğalın davamı sayılacaq.

Teqlər: