ABŞ jurnalist Camal Xaşkacinin qətli ilə bağlı Səudiyyə Ərəbistanının 76 vətəndaşına qarşı viza məhdudiyyətləri tətbiq edib.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-n dövlət katibi Entoni Blinkenin yazılı bəyanatında deyilir.
Bundan əlavə, ABŞ Administrasiyası bu cinayətin dünya ictimaiyyəti tərəfindən qınanmasını möhkəmləndirmək və jurnalistləri və dissidentləri hədələmək və onlara hücum etmək üçün sərhədləri xaricində fəaliyyət göstərən hökumətlərə qarşı çıxmaq üçün əlavə tədbirlər də görəcək.
Maliyyə Nazirliyinin sanksiyaları
ABŞ Maliyyə Nazirliyi “Qlobal Maqnitski aktı” çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl Səudun yaxın köməkçisi olan Ümumi Kəşfiyyat Xidmətinin rəhbərinin müavini general Əhməd Asiriyə qarşı sanksiyalar tətbiq edib.
Bildirilir ki, qara siyahıya həmçinin vəliəhd şahzadənin mühafizəsini təşkil edən və ona tabe olan milli qvardiyanın elit bölməsi də daxil edilib. ABŞ kəşfiyyatı bildirir ki, milli qvardiyanın elit bölməsi də jurnalistin qətlində iştirak edib.