ABŞ prezidenti Co Bayden Səudiyyə Ərəbistanından neft hasilatını
artırmağı xahiş etmək üçün bu ölkəyə səfər etməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə xarici KİV-məlumatlı mənbəyə
istinadən xəbər verir.
Daha əvvəl C.Bayden rəsmi Ər-Riyadı tənqid edib, lakin indi
neftin qiymətinin artması fonunda Vaşinqton prioritetləri fərqli
şəkildə müəyyənləşdirir və münasibətlərin normallaşması
istiqamətində yanaşmaya yenidən baxır.
Ağ Ev Baydenin qarşıdan gələn səfərini şərh etməkdən imtina
edərək, bu barədə məlumatların əksəriyyətinin “vaxtından əvvəl
spekulyasiya” olduğunu qeyd edib.