ABŞ dəniz piyadaları korpusunun 10 ədəd F-18 qırıcısı və bir
neçə C-130 hərbi nəqliyyat təyyarəsini Şərqi Avropaya
göndərəcək.
AzerTimes-ın məlumatına görə, bunu brifinq zamanı Pentaqonun mətbuat
katibi Con Kirbi deyib.
C.Kirbi xatırladıb ki, ABŞ dəniz piyadaları Norveçdə “Cold
Response” təlimlərində iştirak edir, onlardan təxminən 200-ü daha
sonra Litvaya göndərilib.
“Dəniz piyadaları korpusunun 10 ədəd F-18 qırıcısı və bir cüt
C-130 hərbi nəqliyyat təyyarəsi Şərqi Avropaya göndəriləcək. Dəqiq
yerini hələ deyə bilmərəm”, – deyə C.Kirbi bildirib.