ABŞ sərhədin delimitasiyası üzrə Azərbaycan və Ermənistan komissiyalarının birinci görüşünü alqışlayır – Blinken

ABŞ sərhədin delimitasiyası üzrə Azərbaycan və Ermənistan
komissiyalarının birinci görüşünün keçirilməsini alqışlayır.

Trend-in
məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken öz “Twitter”
səhifəsində yazıb.

“ABŞ Azərbaycanla Ermənistan arasında Aİ-nin vasitəçiliyi ilə
keçirilən danışıqları alqışlayır və regionda sülhün dəstəklənməsi
üçün ikitərəfli müsbət dialoqun davamına çağırır” – E.Blinken
yazıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: