Regionumuzdakı mühüm məsələlərin əsas kuratoru daha Rusiya deyil, Ermənistan hakimiyyəti anlayır ki, artıq bu işdə İran da heç nə edə bilməz. Bu iki ölkənin başı özlərinə qarışıb. Bu halda Bakı ilə İrəvan arasında əsas vasitəçi ABŞ-dır.
AzerTimes xəbər verir ki, bu fikirlərlə tanınmış erməni siyasi şərhçi Qalust Qriqoryan bölüşüb.
“Ermənistan hakimiyyəti son vaxtlar ciddi şəkildə tələsməyə başlayıb. Tez bir zamanda sülh müqaviləsini imzalamaq istəyir. Bunu ötən gün Ermənistan parlamentinin spikeri Alen Simonyan da dedi. O, İrəvanın bu işdə həvəsli olduğunu bildirdi. Bəzi mənbələrə əsasən, Rusiya bu işdə heç nə dəyişə bilməyəcək, baxmayaraq ki, Putin Əliyev və Paşinyanı sammitə çağırıb. Məsələyə nöqtəni Vaşinqton qoyacaq. Artıq sənəd də hazırdır. Razılaşmaya əsasən Qarabağ torpaqları qarışına qədər Azərbaycanın nəzarəti altına keçəcək. Qalıb İrəvanın qol çəkməsi. Aydındır ki, bu bizim üçün bu gün ən optimal yoldur. Respublikanı qorunaq üçün Qarabağı unutmalıyıq”, – deyə o qeyd edib.