ABŞ senatoru Tayvana getdi

ABŞ senatoru Tayvana getdi

ABŞ-ın Tennessi ştatından olan respublikaçı senator Marşa Bləkbörn Tayvana rəsmi səfər edib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata əsasən, senatorun adaya səfəri şənbə gününə kimi davam edəcək. Onun bu müddət ərzində Tayvan Prezidenti Tsay İnq-Ven və digər rəsmi şəxslərlə görüşü gözlənilir.

Qeyd edək ki, bu ABŞ rəsmilərinin Tayvana ay ərzində üçüncü səfəridir.

Teqlər: