Bayden administrasiyasının NATO üzrə əsas müttəfiqimiz olan Türkiyəyə F-16 təyyarələrinin satışına dəstək vermə qərarını alqışlayıram.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ-ın republikaçı senatoru Lindsi Qrehem deyib.
O, fikir ayrılıqlarına baxmayaraq, Türkiyənin mühüm NATO müttəfiqi olduğuna diqqət çəkib:
“Bu vəziyyət Türkiyənin milli təhlükəsizlik maraqlarına xidmət edir. Türkiyənin aviasiya imkanlarının yenilənməsi Türkiyə, ABŞ, NATO və regional təhlükəsizliyə fayda verəcək”.