ABŞ senatorları dekabrın 7-də Ukraynaya yardımın artırılmasını müzakirə etmək üçün gizli brifinq keçirəcəklər.
AzerTimes xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, görüş Ağ Evin Kiyevə daha 37 milyard dollar ayırmaq təklifi fonunda keçiriləcək. Bu vəsaitlər isə ilin sonunda birləşdirilmiş qanun layihəsinə daxil edilə bilər. Ona görə hökumətin maliyyələşdirilməsi üçün layihə dekabrın 16-dək təsdiq olunmalıdır.