ABŞ Senatı HƏMAS-ın mülki şəxslərə hücumlarını pisləyən, İsrailə dəstəyi və ölkənin özünümüdafiə hüququnu təsdiqləyən qətnamə qəbul edib.
AzerTimes xəbər verir ki, CNN bu barədə məlumat yayıb.
100 senatordan 99-u qətnamənin həmtəsisçisi olub.
Qətnamədə həmçinin İranın qlobal terrorizmə, o cümlədən HƏMAS və “İslami Cihad” kimi terror qruplaşmalarına dəstəyi pislənir və qeyd edilir ki, ABŞ İsrailə təcili təminatda və ya digər təhlükəsizlik, diplomatik və kəşfiyyat dəstəyi ehtiyaclarında yardım etməyə hazırdır.