ABŞ Senatından Azərbaycana qarşı – Qərar

ABŞ Senatından Azərbaycana qarşı – Qərar

ABŞ Senatı Azərbaycana hərbi yardımları qadağan edən sənədi qəbul edib.

AzerTimes Modern.az-a istinadən xəbər verir ki, sənəd “2023-cü il Ermənistan Müdafiə Aktı” adlandırılıb.

Akt “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişin dayandırılmasından imtinanı və Azərbaycana hərbi yardımı qadağan etməyi nəzərdə tutur.

1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən 907-ci düzəliş Azərbaycana Amerikanın birbaşa dövlət yardımını qadağan edir. 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. O vaxtdan bəri ABŞ prezident administrasiyaları bu hüquqdan müntəzəm olaraq istifadə edirlər. Sonuncu dəfə Dövlət Departamenti 21 iyun 2022-ci ildə düzəlişi dayandırmaq barədə qərar qəbul edib.

Dünən dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn bildirib ki, ABŞ Azərbaycana birbaşa yardımları qadağan edən 907-ci düzəlişi dayandırmayacaq.

“Biz vəziyyətlə bağlı real inkişaf görənədək (ABŞ-nin Azərbaycana birbaşa yardımlarını qadağan edən) 907-ci düzəlişdən imtinanın (müddətinin uzadılmasının) təqdim edilməsini gözləmirik”, – diplomat qeyd edib. Rəsmi Bakı ABŞ-ın bu qərarını pisləyib.

Teqlər: