ABŞ Konqresinin Senatı Canet Yellenin maliyyə naziri vəzifəsinə namizədliyini təsdiq edib.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, Maliyyə Nazirliyinin rəhbəri vəzifəsində ilk qadın olacaq C.Yellenin yaxın zamanda and içmə mərasimi baş tutacaq.
Xatırladaq ki, C.Yellen 2014-cü ildə ABŞ-ın Federal Ehtiyyalar Sisteminin sədri vəzifəsində ilk qadın olmuşdu.