ABŞ Senatı Ukraynaya 40 milyard dollar yardımı təsdiqləyib

ABŞ Senatı cümə axşamı Ukraynaya təxminən 40 milyard dollar
məbləğində əlavə yardımın ayrılmasına dair qanun layihəsini
təsdiqləyib.

Trend “Ukrinforma” istinadla xəbər verir ki, ABŞ Konqresinin Senatı
Nümayəndələr Palatasının ardınca Ukraynaya əlavə 40 milyard dollar
vəsaitin ayrılması haqqında H.R.7691 – 2022-ci il qanun layihəsini
qəbul edib.

Konqresin aşağı palatası Ukraynaya əlavə yardımın göstərilməsinə
dair qanun layihəsini ötən həftə təsdiqləmişdi.

Bu halda sənəd ABŞ prezidenti Co Bayden tərəfdən imzalandığı
halda qanuni qüvvəyə minəcək.