ABŞ senatorları Prezident Co Baydenə Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi haqda qanun layihəsi təqdim edib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsi bəyanat yayıb.
Bəyanata görə, qanun layihəsi müsadirə edilmiş aktivlərlə Kiyevə əlavə yardım göstərmək hüququ verir.
Həmçinin layihəyə əsasən, ABŞ prezidentinə Rusiyanın Ukraynadakı müharibəsi başa çatanadək aktivlərin həbsdən çıxarılması qadağan edilir.