ABŞ Senatında “Cənubi Qafqazda ABŞ siyasətinin qiymətləndirilməsi” mövzusunda dinləmələr keçiriləcək.
AzerTimes xəbər verir ki, bu barədə Qərb mətbuatı məlumat yayıb.
“Noyabrın 16-da Beynəlxalq Münasibətlər Komitəsində keçiriləcək müzakirələrdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid və Dövlət Departamentinin Qafqaz məsələləri üzrə baş müşaviri Filip Riker iştirak edəcək”, – deyə məlumatda qeyd olunub.