ABŞ Senatı 1,3 trilyon dollarlıq infrastrukturun inkişafı planını təsdiqləyib

ABŞ Senatı bu gün Ağ Ev və iki partiyalı senatorlar qrupu arasında razılaşdırılmış 1,3 trilyon dollarlıq infrastrukturun inkişaf planını təsdiqləyib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, infrastrukturun inkişaf planının lehinə 69 senator, əleyhinə isə 30 senator səs verib.

Növbəti mərhələdə Konqresin nümayəndələr Palatası sözügedən planı nəzərdən keçirəcək.

Teqlər: