Dünyadakı ABŞ səfirlikləri vaxtaşırı ictimaiyyətlə əlaqələr üzrə könüllüləri işə cəlb edir.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin yaydığı bəyanatda deyilir.
“Bu yaxınlarda ABŞ-ın Ermənistandakı səfirliyinin internet saytında “ABŞ vətəndaşları üçün mesaj” başlığı ilə dərc edilmiş məqalədə diplomatik missiyanın ictimaiyyətlə əlaqələr üzrə könüllülər axtardığı bildirilib. Dünyadakı ABŞ səfirlikləri məlumat ötürmək, başqa ölkədə yaşayan və ya səyahət edən Amerika Birləşmiş Ştatları vətəndaşlarına lazımi yardım göstərmək üçün vaxtaşırı könüllülərini işə cəlb edir. Bu, konsulluq xidmətlərinin gündəlik işinin bir hissəsidir”, – deyə, bəyanatda qeyd olunub.
Xatırladaq ki, daha əvvəl ABŞ-ın Ermənistandakı səfirliyi fövqəladə hallarda ABŞ vətəndaşlarının xəsarət alması barədə məlumatların aşkar edilməsi, onların təxliyə edilməsi və bununla bağlı məlumatların ötürülməsi üçün könüllülərin cəlb olunduğu barədə məlumat yaymışdı.
“İctimaiyyətlə əlaqələr üzrə könüllü olan şəxs ABŞ vətəndaşlarına inzibati məlumatları təqdim etməli, onların məhəllələrində baş verənlər barədə məlumat verməli, itkin düşən amerikalıları tapmaq üçün fövqəladə hallarda kömək etməli, həbsxanalarda, xəstəxanalarda və başqa bölgələrdə ABŞ vətəndaşlarına baş çəkməlidir” – mesaj deyir.