ABŞ səfirliyi Dəniz və Fidanı təbrik etdi

ABŞ səfirliyi Dəniz və Fidanı təbrik etdi

Dəniz Səttarlı və Fidan Qarayevanı Massaçusets Texnologiya İnstitutuna qəbul olmalarını alqışlayırıq.

AzerTimes xəbər verir ki, bu, ABŞ-ın Azərbaycandakı səfirliyinin azərbaycanlı abituriyentlərin ABŞ-da tələbə adını almaları ilə bağlı paylaşımında yer alıb.

“Zəhmətinizə və əzmkarlığınıza görə sizi təbrik edirik. Güclü cəmiyyətləri dəstəkləmək üçün təhsilə və imkanlara bərabər çıxış vacibdir və Səfirlik qadınlar və kişilər, oğlanlar və qızlar üçün bir sıra təhsil və karyera təşəbbüslərini dəstəkləməkdən qürur duyur”, – səfirlikdən bildirilib.

Teqlər: