ABŞ səfirliyi də Azərbaycana başsağlığı verdi

ABŞ səfirliyi də Azərbaycana başsağlığı verdi

ABŞ-ın Azərbaycandakı səfirliyi bu gün Cəbrayıl rayonu ərazisində minatəmizləmə prosesi zamanı baş verən partlayışda insan itkisi ilə bağlı başsağlığı verib.

AzerTimes xəbər verir ki, bu barədə səfirliyin Feysbuk hesabında paylaşım edilib.

“Bu gün sursat partlayışı nəticəsində həlak olan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşının ailəsinə başsağlığı veririk. Birləşmiş Ştatlar Azərbaycanın ölkəni minalardan təmizləmək səylərini qətiyyətlə dəstəkləyir”, – məlumatda bildirilib.

Teqlər: