ABŞ səfirliyi Azərbaycan diplomatlarının peşə bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
AzerTimes xəbər verir ki, paylaşımda deyilir:
“Xarici İşlər Nazirliyindən olan həmkarlarımızı peşə bayramları münasibətilə təbrik edir və xoş arzularımızı çatdırırıq. Biz ABŞ-Azərbaycan əlaqələrini gücləndirmək üçün birgə işləməyi səbirsizliklə gözləyirik”.