ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin İrəvanda qondarma erməni soyqırımı abidəsini ziyarət edib.
AzerTimes Teleqraf.com-a istinadən xəbər verir ki, ziyarətdən sonra səfir jurnalistlərin suallarını cavablandırıb.
Kuin erməni jurnalistlərin təxribatçı suallarına da cavab verməli olub.
Azərbaycanlı ekofəalların aksiyası və Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəmizin qurulmasını “soyqırımı” adlandıran erməni jurnalistə ABŞ səfirinin reaksiyası belə olub:
“Hazırda Qarabağda baş verənləri soyqırımı adlandırmaq olmaz”.