ABŞ səfiri Mark Libbi Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimovla görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, səfir Libbi Şuşada olarkən şəhərin inkişafı üçün görülən işlər və Şuşanın məcburi köçkün icmasının qayıdışı ilə bağlı ətraflı məlumat almaq üçün Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimovla görüşüb.
“Onlar həmçinin, regionun yaşıl enerjisini və ABŞ-ın Azərbaycanın məcburi köçkün icmalarına və minalardan təmizləmə təşəbbüslərinə göstərdiyi dəstəyi müzakirə ediblər”, – səfirliyin məlumatında qeyd edilib.