ABŞ səfiri ona görə Şuşaya getmədi ki… – Poqosyan

ABŞ səfiri ona görə Şuşaya getmədi ki… – Poqosyan

Bu gün Ermənistanda ciddi mənəvi-psixoloji böhran yaşanır. Başa düşməliyik ki, fövqəldövlətlər bütün addımlarında erməni xalqının mənafeyini deyil, öz maraqlarını güdürlər.

AzerTimes xəbər verir ki, bunu İrəvan Beynəlxalq İnsan İnkişafı Mərkəzinin rəhbəri Tevan Poqosyan deyib.

“Məsələn, ABŞ və Fransa səfirlərinin hələ də Şuşaya getməməsi erməni maraqlarına deyil, sırf Amerika və Fransanın şəxsi maraqlarına görədir. Bu barədə ermənilərin ümidləri səhv və illüziyadır. Son informasiya axınını müşahidə və təhlil edəndə belə bir təəssürat yaranır ki, Ermənistanda adət olaraq özlərindən başqa hər kəsə arxalanırlar. Bu isə Ermənistan hökumətinin və cəmiyyətinin məqsədinin, eləcə də dövlətçiliyin olmadığını göstərir. Bunu aradan qaldırmaq yalnız erməni düşüncə tərzini dəyişməklə mümkün olacaq”, – o bildirib.

Teqlər: