ABŞ səfiri Novruz Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib (VİDEO)

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri Li Litzenberqer Novruz Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

AzerTimes-ın səfirliyə istinadən verdiyi məlumata görə, səfir bu barədə videomüraciətində bildirib.

Təbrikdə deyilir:

“ABŞ-ın Azərbaycandakı səfirliyi və ABŞ xalqı adından Azərbaycan xalqına sağlam və xoşbəxt Novruz diləyirəm.

2019-cu ilin mart ayında bütün ölkənin Novruz tətilinə hazırlaşdığı bir dönəmdə mənə Azərbaycana gəlmək qismət oldu. Ölkəyə gəldiyimdə əsl bayram əhval-ruhiyyəsi ilə qarşılaşdım. Şənliyə hazırlaşmış ailələr, göz qamaşdıran rənglər, hər yerdə, həmçinin, səfirlikdə qalanmış tonqallar və dünyada daddığım ən dadlı yeməklərlə tanış oldum.

Bu mənim üçün Azərbaycan mədəniyyəti və cəmiyyətinə həqiqətən xüsusi bir giriş idi. Bakıda olduğum ilk ay ərzində mənə göstərilən qonaqpərvərliyi heç vaxt unutmayacağam. Novruz dünyada yüz milyonlarla insan üçün ailələrin və icmaların bir araya gələrək yeni ilə başlamalarını qeyd etdikləri bir bayramdır. ABŞ-da son zamanlarda Azərbaycandan və bölgədəki digər ölkələrdən gələn immiqrantlar sayəsində Novruz bayramı müxtəlifliyi ilə seçilən mədəni təqvimimizə xoş bir əlavə olub.

COVİD-19 bayramları genişmiqyaslı qeyd etməyi çətinləşdirsə də, səmimi qəlbdən ümid edirəm ki, hamınız təhlükəsiz və sağlam bir bayram keçirəcəksiniz. Və gələn il hamımız bayramı birlikdə qeyd edəcəyik”.

Teqlər: