ABŞ-ın Ermənistana yeni təyin olunmuş səfiri Kristina Quinn bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatında məlumat yayılıb.
Bildirilib ki, tərəflər regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediblər. Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə, o cümlədən Münhendə keçirilən üçtərəfli görüşə toxunulub.
Qeyd edək ki, K.Quinn daha öncə ABŞ-ın Ukrayna səfiri olub.