ABŞ səfiri Linn Treysi Rusiya xarici işlər naziri Sergey Lavrovun səfərindən əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin qarşısında görüntülənib.
AzerTimes xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasından olan deputat Aqnes Xamoyan sosial şəbəkədə məlumat yayıb.
“Lavrovun səfərindən bir qədər əvvəl ABŞ səfiri Ermənistan Xarici İşlər Nazirliyinin binasına daxil olub”, – o bildirib.
Qeyd edək ki, bu dəqiqələrdə Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrovun görüşü keçirilir.