Şərq Sahil vaxtı ilə saat 18:00-da (noyabrın 6-da Bakı vaxtı ilə 03:00) seçki məntəqələrinin bağlandığı İndiana ştatında bülletenlərin emalı başlayıb.
AzerTimes TASS-a istinadla xəbər verir ki, ilkin məlumatlara görə, seçicilərin təxminən 70%-i Trampa, 27%-dən çoxu isə onun rəqibi, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisə səs verib.
İndiana ştatındakı səsvermənin nəticələri 11 seçicinin (qalib gəlmək üçün lazım olan 270 səsdən) səsini kimin alacağından asılıdır.
Qeyd edək ki, Donald Trampın Kentukki ştatında da liderlik edəcəyi gözlənilir. CNN-in məlumatına görə, Trampın bu ştatda 60,9%, Demokratlar Partiyasının namizədi Kamala Harrisin isə 37,8% səs topladığı bildirilir.
2020-ci ildə Tramp Kentukki ştatında 62,1% səslə qalib gəlib, Demokratlar Partiyasından hazırkı prezident Co Bayden isə 36,2% səs alıb.