Bir ay əvvəl vəfat edən Pensilvaniya ştatından demokrat konqresmen Entoni DeLuka ABŞ-da keçirilən aralıq seçkisində qalib gəlib.
AzerTimes xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.
Məlumata görə, oktyabrın 9-da 86 yaşında vəfat edən DeLuka yaşadığı bölgədə 85% səs toplayaraq yenidən Nümayəndələr Palatasına seçilib:
“Bütün seçkiqabağı kampaniya boyu DeLukanın rəqibi seçicilərə etdiyi müraciətlərdə rayonda yaşayan yeganə namizəd olduğunu vurğulayıb. Amma ölən adam hər halda qalib gəlib. Bu hal təkcə Pensilvaniyada yaşanmayıb. Oktyabrda vəfat edən Demokratların nümayəndəsi Barbara Kuper də Tennessi ştatında səslərin 72%-ni toplayıb”.
Qeyd edək ki, noyabrın 8-də ABŞ-da aralıq seçkisi keçirilib. Səslərin hesablanması davam edir.