ABŞ prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, cəmiyyətdəki daxili parçalanmaları aradan qaldırmağa məcbur olacaq.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Düşünürəm ki, indi bir millət və xalq kimi Amerikanın əsas məsələsi ilk növbədə, keçmiş seçkilərin təcrübəsini nəzərə alaraq, bu nəticələrin Amerika cəmiyyətinin özü tərəfindən qəbul edilməsini təmin etməkdir. İkincisi, bu nəticə nə olursa olsun, onlar açıq şəkildə daxili emosional parçalanmanı aradan qaldırmalı olacaqlar”, – Zaxarova qeyd edib.