Gürcüstan parlamenti prezidentin vetosunu ləğv edəcək.
AzerTimes xəbər verir ki, bunu Gürcü Arzusu Partiyasının baş katibi Kaxa Kaladze bildirib.
“ABŞ-ın sanksiyalar tətbiq etməsini təsəvvürə gətirmək mümkün deyil. Çünki ölkə xalqının qanuni seçdiyi parlament şəffaflıq haqqında qanun qəbul edir. Gürcüstanın suverenliyi, dövlətçiliyimiz hər bir gürcü üçün çox vacibdir. Ona görə də bu veto ləğv ediləcək”, – Kaladze qeyd edib.