Sakit Okeanda ABŞ-ın Havayi ştatı sahillərində güclü zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların maqnitudası 6.1 olub. Episentri Hilo şəhərindən 113 km cənub-qərbdə (əhalisi 43 min), ocağı isə 17 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi və insan tələfatı barədə məlumat verilməyib.