ABŞ-ın Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli ATACMS raketləri ilə zərbə endirmək icazəsini alqışlayıram.
AzerTimes xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
“Ukraynanın bəzi yaşayış məntəqələri Rusiya sərhədinə o qədər yaxındır ki, raket çox sürətlə vurduğu üçün hava hücumundan müdafiə sistemi kömək etmir. İndi isə söhbət hərbi buraxılış qurğularını məhv edə bilməkdən gedir”, – o bildirib.
O, Ukraynanın beynəlxalq hüquq və özünümüdafiə baxımından bu cür zərbələr endirmək hüququna malik olduğuna əminliyini ifadə edib:
“ABŞ-ın icazəsi sayəsində Rusiya ərazisi boyunca uzaqmənzilli silahların istifadəsi artıq mümkün olacaq, bu, çox vacibdir”.