ABŞ Rusiyaya sanksiyanı yumşaltdı: niyə geri çəkilir?

ABŞ Rusiyaya sanksiyanı yumşaltdı: niyə geri çəkilir?

ABŞ Rusiyaya qarşı sanksiyaların bir qismini ləğv edib: Moskvanı tamamilə “məhv” etmək istəyən, Ukraynaya qələbə vəd edən Vaşinqton niyə geri çəkilir?

Bu addımın iqtisadi tərəfi kənd təsərrüfatında qlobal böhranın yaranması, xüsusilə gübrə çatışmazlığının yaratdığı problemlərlə bağlıdır. Sanksiyaların bir qisminin niyə indi ləğv edilməsinin isə iki mümkün səbəbi var:

Birincisi, taxıl böhranı razılaşmasıdır: Türkiyə, BMT, Rusiya və Ukraynanın İstanbulda keçirilən görüşündə Ukrayna limanlarından taxılın çıxarılması ilə bağlı anlaşma əldə olundu; Rusiyanın taxıl dəhlizinin açılmasına qarşı əsas şərti sanksiyaların yumşaldılması idi və qərarın məhz İstanbul razılaşmasından sonra verilməsi kulis danışıqlarının nəticəsi olaraq görünür;

İkincisi, Ukrayna cəbhəsində planın tədricən yekunlaşmasıdır: Consonun istefasında da yazmışdıq, müharibənin artıq başa çatdırılmasının vaxtıdır və yekunun payızda – rusların enerji kartının effektivliyinin artacağı dövrdə olacağı gözlənilir; böyük ehtimalla, Rusiya Donbası tamamilə işğal etdikdən sonra “mövqe müharibəsi” mərhələsi başlayacaq, paralel olaraq, danışıqlar masası qurulacaq və sanksiyalar bir qədər də yumşalacaq.

Proseslər buna doğru gedir.

Teqlər: