ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb

ABŞ administrasiyası Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb. Sanksiyaların qüvvəyə minməsi barədə hələlik heç bir göstəriş yoxdur.

AzerTimes xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Sanksiyaların təfərrüatları barədə məlumat verilməyib.

Daha əvvəl bildirilmişdi ki, təhlükəsizlik məsələləri üzrə Rusiya-ABŞ-Ukrayna üçtərəfli işçi qrupu çərşənbə günü Əbu-Dabidə iclas keçirəcək, məsləhətləşmələr cümə axşamı davam edə bilər. Bundan əvvəl Moskva, Vaşinqton və Kiyev nümayəndələrinin Əbu-Dabidə danışıqları yanvarın 23-24-də baş tutmuşdu.