ABŞ Rusiyanın kosmosa nüvə bombası yerləşdirmək planlarına görə cavab hazırlamağa başlayıb.
AzerTimes xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin rəhbəri Mayk Törner deyib.
Törner bildirib ki, Rusiyanın kosmik nüvə proqramı var və bu, ABŞ-ın milli təhlükəsizliyinə çox ciddi təhlükə yaradır:
“Milli təhlükəsizlik müşaviri Sallivan ilə görüşdük. O, bu problemi həll etməyə kömək edəcək bir plan hazırlamağa başladı”.
Qeyd edək ki, fevralın əvvəlində “ABC Nyus” mənbələrə istinadən Rusiya nüvə bombasının kosmosda yerləşdirilməsi barədə məlumat vermişdi.