ABŞ yaxın bir neçə il ərzində Yaponiyaya 48 ədəd beşinci nəsil F-35A qırıcıları yerləşdirməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, yaxın bir neçə il ərzində Yaponiyanın Misava Hərbi Hava Qüvvələri bazasında 48 ədəd F-35A və 36 ədəd F-16 qırıcısı yerləşdiriləcək. Eyni zamanda, onlar müvafiq olaraq Misavada yerləşdirilən F-16 və F-15-ləri əvəz edəcəklər:
“Biz bunu həm ABŞ Silahlı Qüvvələrinin potensialını, həm də Yapon-Amerika müttəfiqliyinin çəkindirmə və cavab potensialını daha da artırmağa yönəlmiş addım kimi qiymətləndiririk”.