ABŞ qlobal bazarın fəaliyyətini davam etdirməsini vacib hesab edərək, Rusiyanın bütün maliyyə sistemini bir anda bloklamağa çalışmır.
AzerTimes xəbər verir ki, bu barədə Dövlət Departamentinin sanksiyalar siyasəti üzrə koordinatoru Ceyms Obrayen deyib.
“Biz bankların hər bir siyahısını diqqətlə nəzərdən keçiririk (sanksiyalar tətbiq edərkən – red.), bankın əməliyyatlarını həyata keçirə bilməməsi halında baş verə biləcək zərərin qarşısını almağa və ya azaltmağa çalışırıq. Beləliklə, biz buna mərhələli proses kimi baxırıq, amansız cəhdlə bütün Rusiya maliyyə sistemini bir anda blokadaya salmaq kimi deyil. Biz qlobal bazarın fəaliyyətini davam etdirməsini həyati vacib hesab edirik”, – deyə o bildirib.